Ağır atletika üzrə ölkə birinciliyi başa çatıb
Toplam 253 kq (118+135) nəticə ilə bütün rəqiblərini qabaqlayan Rüstəm Qasımov qızıl medala sahib çıxıb. Kürsünün sonrakı pilllərində müvafiq olaraq toplam 230 kq (100+130) nəticə ilə Nurlan Məmmədzadə, toplam 218 kq (98+120) nəticə ilə Samir Əskərzadə qərarlaşıb.
Daha sonra çəkisi 73 kq-a qədər olan atletlərin yarışı başlayıb. Toplam 270 kq (125+145) nəticə ilə Kənan Xəlilov fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Gümüş medalı toplam 261 kq (115+146) nəticə ilə Elməddin Hüseynov, bürünc medalı isə toplam 254 kq (112+142) nəticə ilə Elşad Şərifov qazanıb.
81 kq çəki dərəcəsində toplam 286 kq (130+156) nəticə ilə Füqan Əliyev rəqiblərini böyük üstünlüklə arxada qoyub və qızıl medala layiq görülüb. Gümüş medal toplam 278 kq (123+155) nəticə ilə İsmayıl Baxışova, bürünc medal isə toplam 242 kq (107+135) nəticə ilə İsa Həsənliyə qismət olub.
Körpücük üzərinə son olaraq çəkisi 89 kq, 96 kq, 102 kq + 109 kq-a qədər olan atletlər çıxıblar. Müvafiq olaraq öz çəkilərində toplam 241 kq (114+127) nəticə ilə Yaşar Mamayev, toplam 290 kq (135+155) nəticə ilə Tarmenxan Babayev, toplam 290 kq (130+160) nəticə ilə Əliş Nəzərov və toplam 300 kq (125+175) nəticə ilə İsmayıl Qurbanov qalib adını qazanıblar.
Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edib. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Azvision.az