Bakıda keçiriləcək Olimpiya Festivalına 76 gün qaldı
Nazir bildirib ki, tədbir təkcə Azərbaycan üçün yox, bütün Avropa idmanı üçün vacibdir: 'Növbəti illərdə dünya, Avropa çempionatları, olimpiya oyunlarında iştirak edəcək gənclər özlərini sınaqdan keçirəcəklər. Onlar bir araya yığışaraq peşəkarlıqlarını göstərəcəklər'.
A.Rəhimov qeyd edib ki, hazırda Bakıda yerləşən 12-dən artıq idman qurğuları hazır vəziyyətə gətirilib. "Atletlər kəndində idmançıların qalması üçün yataqxanalar olacaq. İstərdik ki, bu, tək idman yox, Avropa gənclərinin dostluq festivalı olsun, onlar bir-biriləri ilə tanış olsunlar, mədəniyyətlərini, tarixlərini göstərə bilsinlər. Düşünürük ki, festivala gələcək 4 mindən artıq idmançılar və nümayəndə heyətləri üçün tədbir yüksək səviyyədə keçiriləcək. Bütün qonaqlar Azərbaycandan öz ölkələrinə tam razı qayıdacaqlar".
Aytən Zəhra
Azvision.az
Teqlər: Azad-Rəhimov