Azərbaycan idmançısının olimpiya medalı əlindən alındı

   Azərbaycan idmançısının olimpiya medalı əlindən alındı
  29 Mart 2019    Oxunub:5180
Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilib.

Azvision.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı məlumat yayıb.
Komitənin İntizam Komissiyası idmançının Olimpiya oyunları zamanı dopinqdən istifadə etdiyini təsdiqləyib. Bu səbəbdən onun nəticələri ləğv edilib.

Qeyd edək ki, Valentin Xristovdan alınan olimpiya medalı həmin yarışda 4-cü yeri tutmuş vyetnamlı Tran Le Kuok Toana verilib.



Azvision.az



Teqlər: Olimpiya   Medal  





Xəbər lenti