Avropa Məhkəməsi Rusiyanı 53 min dollar cərimələdi

Avropa Məhkəməsi Rusiyanı 53 min dollar cərimələdi
  08 Noyabr 2013    Oxunub:812
Avropa Məhkəməsi Rusiyanı özbəyə görə 53 min dollar cərimələdi.
Avropa İnsan Haqları Məhkəməsi Rusiyan üzərinə Özbəkistan vətəndaşını öz ölkəsinə ekstradisiya etdiyi üçün ona 53 min dollar təzminat ödəmək öhdəliyi qoyub. AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yermakov 2009-cu ilin yazında Rusiyaya gəlib, lakin noyabrda özbək tərəfinin müraciəti əsasında həbs olunub və 2012-ci ildə Özbəkistana təhvil verilib.

Öz ölkəsində o, ekstremist təşkilatların fəaliyyətində iştirakda ittiham olunub. Bundan sonra Yermakovun vəkilləri Avropa Məhkəməsinə müraciət edərək onun həbsxanada işgəncələrə məruz qaldığını bildiriblər.

Məhkəmə bu qərara gəlib ki, Rusiya işgəncələrin yasaqlanması və individual şikayətlər haqda maddəni pozub, həmçinin Yermakovun azadlıq və şəxsi toxunulmazlıq hüququnu qismən tapdayıb.


Teqlər:





Xəbər lenti