Xəzəryanı dövlətlərin liman rəhbərlərinin görüşü keçirilib

Xəzəryanı dövlətlərin liman rəhbərlərinin görüşü keçirilib
  08 Noyabr 2013    Oxunub:1657
Xəzəryanı ölkələr limanların fəaliyyətində səmərəliliyin artırılması imkanlarını müzakirə edirlər.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birgə təşkilatçılığı ilə Bakıda Xəzəryanı dövlətlərin liman rəhbərlərinin iki gün davam edəcək növbəti görüşü öz işinə başlayıb.

Administrasiyanın mətbuat xidmətindən verilən məlumata görə, qeyd edilən tədbirin məqsədi Xəzəryanı dövlətlərin limanlarının fəaliyyətində səmərəliliyin və nəqliyyat dəhlizləri üzrə dəniz nəqliyyatı ilə daşınan yüklərin həcminin daha da artırılması və bu istiqamətdə birgə fəaliyyətin inkişaf etdirilməsi perspektivləri üzrə müzakirələrin aparılmasıdır.

Tədbir çərçivəsində Xəzəryanı dövlətlərin liman rəhbərləri Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin fəaliyyəti ilə tanış olublar.



Administrasiyanın rəis müavini Şahlar Məmmədov tərəfindən Milli Mərkəzin funksiyaları və Uzaq Məsafədən Tanınma və İzləmə Sistemi üzrə gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları"na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər əldə edilmiş məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi üzrə Milli Mərkəzin imkanları barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Görüşdə Xəzəryanı dövlətlərin müvafiq strukturları ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.


Teqlər:





Xəbər lenti