Liftdə qalan 7 nəfər xilas edildi

Liftdə qalan 7 nəfər xilas edildi
  02 Yanvar 2019    Oxunub:4575
Bakıda liftdə qalan 7 nəfər xilas edilib.
Azvision.az xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda ikisi azyaşlı olmaqla 5 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Bakı şəhərinin Xətai rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.

Azvision.az


Teqlər: Lift   Bakı   FHN  





Xəbər lenti