Moskvada Yerevan günləri keçiriləcək

Moskvada Yerevan günləri keçiriləcək
  07 Noyabr 2013    Oxunub:1128
Yerevan meri Taron Marqaryan Moskvaya səfər edəcək.
Noyabrın 26-dan noyabrın 29-dək Moskvada Yerevan günləri keçiriləcək. Bu münasibətlə Moskva meri Serqey Sobyaninin Yerevan meri Taron Marqaryanı Rusiyaya dəvət edib.

“Moskvada Yerevan günləri” çərçivəsində aşağıdakı tədbirlər keçiriləcək:

Gənclər arasında idman yarışları;

“Erməni motivləri” sərgisi;

Ermənistanın xalq artistlərinin iştirakı ilə qala-konsert;

Biznes-forum və erməni çaxırının sərgi-dequstasiyası;

N.A. Nekrasov adına mərkəzi kitabxanada kitabxana layihəsi ;

Moskva “Modern” dram teatrında Yerevan Dövlət Dram Teatrının tamaşası.

Bundan başqa Moskva və Yerevan icraiyyə orqanları arasında əməkdaşlıq proqramının imzalanması da gözlənilir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti