Vidadi PETİsiyası: Cəmiyyətin əxlaqsızlığa müqavimət addımı

      Vidadi PETİsiyası:    Cəmiyyətin əxlaqsızlığa müqavimət addımı
  27 Dekabr 2018    Oxunub:7102
Sənan Nəcəfov
Azvision.az üçün

Bildiyiniz kimi, bir qrup gənc tərəfindən Fransaya sığınaraq Azərbaycana, eləcə də bir çox ictimai-siyasi xadimlərə qarşı çirkin kampaniya aparan, heç bir çərçivəyə sığmayan hədyanlar deyən, öz “mənəviyyat” və tərbiyəsinə uyğun olaraq təhqirlər səsləndirən vidadi isgəndərli (çox xahiş edirəm bu məxluqun adını böyük hərflərlə yazmayın- S.N.) ilə bağlı petisiya başladılıb. Bilirsiniz, bu idbar məxluq haqda hər cür fikir bildirmək, mahiyyətinə uyğun istənilən təhqirli sözü işlətmək olar, çünki bütün təhqir və aşağılayıcı sözlərin ünvanı oladuğunu fəaliyyəti ilə sübut edib. Bəlkə də istədiyi elə budur.
30 ildən çoxdur ki, siyasi prosesləri izləyir, mətbuatda fikirlərimizi bildirir, son 10 ildə isə sosial şəbəkələrlə blogerlik fəaliyyəti göstəririk. Bu müddətdə Vidadi İsgəndərlini nə milli azadlıq mübarizəsində, nə Cəbhənin 1 illik hakmiyyətində, ümumiyyətlə, mübarizənin nə ortasında, nə qırağında, nə də dalında görmüşük. Bu məxluq yalnız Fransaya qaçandan sonra youtube ulduzu oldu.

Araşdırmadan sonra epizodik olaraq müxalifətin keçirdiyi mitinqlərdə, küncdə-bucaqda, onun-bunun yanında fotoqrafların obyektvinə təsadüfən düşən şəkillərini görmüşük. İndi bu əcaib düşüncəili (həm də quruluşlu) insanı cəmiyyətə “siyasi mühacir” adı ilə tanıdırlar. Niyə? Şübhəli şəkildə Fransada “siyasi sığınacaq” almış, bu ölkədə yaşayaraq Azərbaycanın dövlət institutlarını və simvollarını ən eybəcər formada təhqir edən bu məxluqun mübarizəsi kiminlə və nə ilədir? Niyə bu adama sığınacaq verilib? Axı bunun heç bir siyasi mübarizəsi olmayıb!

Belə bir şəxsə Fransada sığınacaq verilməsi, onun fəaliyyətinə hər cür şərait yaradılması Fransa hakimiyyətinin Azərbaycana münasibətdə səmimiliyini şübhə altında qoyur. Fransa dövləti, bu ölkənin aidiyyatlı orqanlarını Vidadi İsgəndərlinin terror və zorakılıq çağırışlarına diqqət yetirməli və müvafiq tədbirlər görməlidirlər. Petisiyanın əsas məqsədlərindən biri də budur.

Mən bu petisiyanı niyə imzaladım? Aydın məsələdir ki, “kiş” deməklə donuz darıdan çıxan deyil. Məsələ bundadır ki, bu petisiya Azərbaycan siyasətinə, mentalitetinə, mənəvi dəyərlərinə xas olmayan, heç cür yaraşmayan, iyrənc söyüşə və təhqirə qarşı olan insanlara çağırışdır. Biz bununla göstərmək istəyirik ki, şərəf və ləyaqətdən bixəbər insan sığındığı ölkənin divar və otaqlarına arxayın olaraq, gözünü yumub, ağzını açıb. Və elə düşünür ki, nə istəsə, nə desə bunun cəzasızlıq mühiti sonsuza qədər davam edəcək və bu məsələdə maraqlı olan qüvvələrin dəstəyi ilə yayılan zəhər-zəhrimara qarşı antidot tapılmayacaq. Yanılır!

Petisiyada məqsəd Fransa hökumətindən Vidadi İsgəndərli ilə bağlı hüquqi ölçü götürülməsini tələb etməkdir. Daha doğrusu, fransız dilində hazırlanan bu petisiya, ümumiyyətlə xarici donorlaramı deyim, erməni diasporunun qanadınamı deyim, hər nəyəsə sığınmış o məxluqun danışdıqlarını, terrora və iğtişaş törətməyə çağırışı izah edir. Əslində bu çağırış cəmiyyətin səsidir və bir cəmiyyətin fərdə qarşı etirazı deyil, dövlətinə, siyasi və ictimai insitututlarına, mentalitetinə, tərbiyəsinə, əxlaqına qarşı yönəlik mənəviyyatsız hücuma müqavimətidir.

Fransa kimi dövlətin Vidadi İsgəndərli kimi qeyri-qanuni, pozucu və cinayətkar fəaliyyət göstərən birisinə şərait yaratması Azərbaycan cəmiyyətində təəssüf doğurur. Azından dəfələrlə terror, sosial və siyasi iğtişaşlar baş vermiş bir dövlətin öz ağuşunda belə yaramaz, terrorçu və psixopat birisini bəsləməsi də anlaşılan deyil. Onun çıxışlarında insanları zorakılığa, terrora çağırmaq, qeyri-konstitusion davranışa sövq etmək kimi məqamlar aydın görünür ki, bu da suveren xalqın iradəsinə, demokratiya normalarına, habelə beynəlxalq qanunvericiliyə ziddir.

Kampaniyada iştirak etmək çox sadə prosedurdur. Bunun üçün petisiyanın linkinə daxil olub, müvafiq yerlərdə ad, soyad və email adresinizi yazıb imzalamalı, daha sonra isə həmin email adresinizə daxil olub, imzanızı təsdiqləməlisiniz. Bununla da kampaniyada iştirak etmiş olursunuz.



Teqlər: Vidadi-İsgəndərli   Petisiya  





Xəbər lenti