“Bir könüllüdən min könüllüyə” layihəsinin açılışı olub
Bu il həmin qrant müsabiqəsinin qalibləri sırasında Nərmin Cahangirovanın “Bir könüllüdən min könüllüyə” adlı layihə də yer almışdır. Layihənin əsas məqsədi təhsil müəssisələrində təhsil alan tələbələrdə könüllülük fəaliyyəti ilə başlamış gənclərin uğurlarını onlara əyani şəkildə göstərmək, bu fəaliyyətin təbliği və təşviqini həyata keçirmək, sosial xidmətlər sahəsində könüllü müraciətlərin sayını və gənclərin bu sahəyə marağını artırmaqdır. Nərmin Cahangirova onu da qeyd etdi ki, şəhərimizin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin tələbələri hər zaman könüllülük fəaliyyətinə maraq göstərib və göstərməkdədilər.Təsadüfi deyil ki, layihənin açılışını və ilk görüşünü Sumqayıt Dövlət Universitetinin tələbələri üçün təşkil etmişik.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliliyinin Könüllülərlə İş sektorunun müdiri Sahil Məmmədli, Sumqayıt regional “ASAN xidmət” mərkəzinin direktoru vəzifəsini icra edən Kəmalə Rəhimova, ASAN Könüllüləri Təşkilatının rəhbəri Səbinə Cabarova, Sumqayıt şəhər Gənclər İdman Baş idarəsinin rəis müavini Mübariz Bəşirov, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin rəhbəri Mətanət Məhərrəmova çıxış edərək ölkəmizdə son illərdə könüllülük fəaliyyətinin həyata keçirilməsi istiqamətindəki dövlət qayğısından söhbət açdılar. Ölkə başçısının ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə tələbələrin könüllü kimi fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladılar. Könüllülük hərəkatının cəmiyyətdə vətəndaş fəallığının və təəssübkeşliyinin genişlənməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırdılar. Cəmiyyətdə könüllü olaraq ilk addımlarını atan gənclərə uğurlar arzuladılar.
Tədbirdə layihə üzrə speaker Nurlan Səmədlinin “Könüllülük uğur hekayəsi” dinlənildi.
Qeyd edək ki, tədbir 2 hissədən ibarət idi. Çıxışlardan sonra 2-ci hissədə təlimçi Rəşad Məmmədovun tələbələrə “Beynəlxalq Könüllülük proqramları və Azərbaycanda könüllülük hərəkatı” barədə təlim keçdi.
Türkan Məmmədli
Azvision.az
Teqlər: ASAN-Könüllülər