Hökumətə verilən vaxt başa çatdı

 Hökumətə verilən vaxt başa çatdı
  27 Noyabr 2018    Oxunub:1656
Bu gün Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi növbəti dəfə müzakirə olunacaq.

Azvision.az xəbər verir ki, parlamentin hökumətə verdiyi vaxt başa çatıb. Layihə parlamentin plenar iclaslarında 3 gün - noyabrın 13-14-15-də müzakirə olunub. Deputatlar bir sıra təkliflərlə çıxış ediblər.
Qeyd edək ki, müzakirələr zamanı "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetalarına baxılıb və I oxunuşda qəbul olunub.

Azvision.az



Teqlər: Milli-Məclis   İclas   Büdcə  





Xəbər lenti