Vladimir Solovyov: “İlham Əliyev gün ərzində mətbuatı şəxsən izləyir”

  Vladimir Solovyov:  “İlham Əliyev gün ərzində mətbuatı şəxsən izləyir”
  26 Noyabr 2018    Oxunub:3371
Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünün təəssüratları barədə danışıb.
Azvision.az xəbər verir ki, Solovyov Prezident İlham Əliyevin Rusiya və Azərbaycan mətbuatında baş verənlərdən çox ətraflı məlumatlı olduğunu söyləyib.

O, Prezident İlham Əliyevin söhbət zamanı dünyanın müxtəlif ölkələrindən, o cümlədən Rusiyadan bir çox jurnalistlərin soyadlarını çəkdiyini bildirib.

“Hiss edirdim ki, Prezident gün ərzində mətbuatı şəxsən izləyir. İş burasındadır ki, Prezident İlham Əliyev Qərb mediasını ingilis, bizimkini rus, Türkiyə mətbuatını isə türk dilində izləyir. Məhz dil bilikləri sayəsində dövlət başçısının bu cür materialları izləməklə problemi olmur”.

Solovyov əlavə edib ki, Azərbaycan və Rusiya prezidentlərinin xarakterində bir çox oxşar cəhətlər var. Onlar inanılmaz siyasi üfüqə sahibdirlər. Çətin ki, digər prezidentlər onlarla müqayisə olunsun.

Azvision.az



Teqlər: Vladimir-Solovyov  





Xəbər lenti