Prezident ABŞ-ın tanınmış din xadimlərini qəbul edib - Yenilənib
Dövlətimizin başçısı bildirdi ki, bütün bunlar dövlətin həyata keçirdiyi siyasəti və xalqın iradəsini əks etdirir. Müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə bir ailə kimi dostluq şəraitində yaşadıqlarını vurğulayan Prezident İlham Əliyev onların Azərbaycanın ümumi inkişafına töhfə verdiklərini dedi. Dövlətimizin başçısı ravvin Abraham Kuperin və yevangelist icmasının nümayəndəsi Conni Murun ölkəmizə səfərinin əməkdaşlığın və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu.
Azvision.az
Teqlər: İlham-Əliyev