Putin Krımda iclas keçirəcək

Putin Krımda iclas keçirəcək
  23 Noyabr 2018    Oxunub:3893
Sabah Rusiya prezidenti Vladimir Putin Krıma gedəcək.
Azvision.az Kremlin saytına istinadən xəbər verir ki, səfərin əsas məqsədi Yalta şəhərində Dövlət Şurası Rəyasət Heyətinin geniş iclasını keçirməkdir.

İclasın gedişatı zamanı Putin may ayında verdiyi fərmanda yer alan müəyyən vəzifələrin icrası məsələlərinə baxılacaq, həmçinin region rəhbərləri ilə qeyri-rəsmi dialoqda olacaq.

Azvision.az



Teqlər: Putin   Krıma  





Xəbər lenti