“ABŞ-ın hərbi bazaları bizim üçün asan hədəfdir” – İran generalı

“ABŞ-ın hərbi bazaları bizim üçün asan hədəfdir” –  İran generalı
  22 Noyabr 2018    Oxunub:4419
ABŞ-ın Yaxın Şərq regionundakı hərbi bazaları və avişdaşıyıcıları İran raketlərinin çata biləcəyi məsafədədirlər və bizim üçün asan hədəflərdir.
Azvision.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Əmir Əli Hacızadə televiziya proqramında çıxışı zamanı deyib.

“Qətərdəki Əl-Udeid və Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Dafra hərbi hava bazaları İran ərazisindən 300 kilometrədək məsafadə yerləşir. Qəndahardakı ABŞ bazası isə İrandan sadəcə 400 kilometr uzaqlıqdadır. Bu bazalar İran silahlı qüvvələri üçün asan hədəflərdir və əgər düşmən səhv addım atarsa, onlar vurulacaq. ABŞ-ın (regiondakı) aviadaşıyıcıları isə bizim üçün atəş hədəfidir. İran dənizlər üzərində raket üstünlüyünə sahibdir və İslam İnqilabı Keşikçiləri Korpusunun 700 kilometr məsafə radiusunda hədəfləri vura biləcək donanma raketləri var. Bu raketlər Oman dənizi üzərində istifadə oluna bilər” – Hacızadə vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər:





Xəbər lenti