ABŞ Türkiyə ilə Suriya sərhəddinə yeni qoşun göndərir
Azvision.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.
“Müşahidə məntəqələri aydın şəkildə qurulacaq ki, Türkiyə onların harada yerləşdiyini bilsin. Bu məntəqələr Suriya Demokratik Qüvvələri ilə gərginliyin azaldılmasına xidmət edəcək. Müşahidə məntəqələrinin yaradılması ABŞ-dan Suriyaya əlavə hərbçilərin göndərilməsini tələb edir”, – deyə Mettis vurğulayıb.
Pentaqonun məlumatına əsasən, hazırda Suriyada 2 min amerikalı hərbçi xidmət edir.
Qeyd edək ki, Ankara Suriya Demokratik Qüvvələrinin əksəriyyətini təşkil edən YPG/PYD kürd qruplaşmalarını terrorçu hesab edir və onlara hərbi-maliyyə yardımı göstərdiyinə görə Vaşinqtonu dəfələrlə tənqid edib.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Türkiyə Suriya ABŞ Pentaqon YPG