Azərbaycan-Malta arasında ticarət dövriyyəsi 52 milyona çatıb

  31 Oktyabr 2013    Oxunub : 552
Azərbaycan-Malta arasında ticarət dövriyyəsi 52 milyona çatıb
M.Frendo Malta hökuməti Azərbaycanın bu ölkəyə investisiya yatırmasında maraqlıdır.
Bu gün Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Malta parlamentinin sabiq sədri Mikael Frendo ilə görüşüb.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycan-Malta əlaqələrinin yüksək səviyyədə olduğunu deyən Oqtay Əsədov ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin 52 milyon dollar təşkil etdiyini diqqətə çatdırıb. Bildirilmişdir ki, iki ölkə arasında iqtisadiyyat və turizm sahəsində əlaqələr yüksələn xətt üzrə inkişaf edir.

Oqtay Əsədov hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının əlaqələrimizin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

Mikael Frendo III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməkdən məmnunluğunu bildirmişdir. O, beynəlxalq əməkdaşlıq və qarşılıqlı anlaşma baxımından tədbirin əhəmiyyətini vurğulayıb.
M.Frendo dedi ki, Malta hökuməti Azərbaycanın bu ölkəyə investisiya yatırmasında maraqlıdır.

Bu yaxınlarda Malta hökuməti tərəfindən təbii qazla işləyən elektrik stansiyası layihəsinin hazırlandığını deyən qonaq bu layihənin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən icra ediləcəyinin sevindirici fakt olduğunu bildirib.

Teqlər: