Rusiyada vertolyot qəzası: yaralananlar var- VİDEO

Rusiyada vertolyot qəzası: yaralananlar var- VİDEO
  29 Oktyabr 2013    Oxunub:1075
Hərbi vertolyot Moskvanın cənub-qərbində qəzaya uğrayıb.
Rusiya Hərbi hava qüvvələrinə məxsus Ка-52 vertolyotu Moskvanın Julebino rayonunun Privolnaya küçəsində qəzaya uğrayıb. “Çkalovskiy” aerodromundan havaya qalxan və kimi Lyuberets rayonundakı “Panki” meydançasında yerə enməli olan vertolyot, mənzil başına çataçatda sürətlə yerə çırpılaraq alışıb. Yanacaq baklarının alışması nəticəsində iki partlayış baş verib. Bu barədə AzVision.az İnterfaxa istinadən məlumat verir.

Twitter istifadəçiləri yazır ki, hadisə yerindən bir qədər aralıda məktəb yerləşir.

Qeyd edək ki, Rusiyanın Fövqəladə hallar nazirliyi qəza barədə məlumatı təsdiqləyib. İlkin məlumata görə, iki pilot xəsarət alıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.



AzVision.az


Teqlər:  





Xəbər lenti