Ermənistanda“qara yara” insanlara keçdi

Ermənistanda“qara yara” insanlara keçdi
  29 Oktyabr 2013    Oxunub:1117
Xəstəliyə yoluxma halı Yerevanda qeydə alınıb.
Yerevan sakini Sibir xorası(qara yara) xəstəliyinə tutulub. Bu barədə Erməni mətbuatına Dövlət Gigiyena və Epidemiologiya əleyhinə Təftiş İdarəsi məlumat verib. Xəstənin şəxsiyyəti barədə heç bir məlumat verilməsə

Faktla bağlı Ermənistanın Yeyinti Məhsullarının Təhlükəsizliyi Xidməti (YMTX) də səfərbər edilib. YMTX sədri Ovanes Mkrtçyan bildirib ki, Sibir xorası Yerevan sakininə qara maldan keçib.

Erməni mətbuatının qeyri-rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, Yerevan İnfeksion Xəstəliklər Mərkəzinə daha bir neçə nəfər də analoji xəstəliklə bağlı müraciət edib.

Hazırda araşdırmalar davam edir. Ermənistan paytaxtında ət mağazalarının da təftişinə start verilib.

Qeyd edək ki, el arasında qara yara kimi tanınan Sibir xorası xəstəliyi kəskin yoluxucu bir xəstəlikdir. İnsanlara xəstə heyvanlarla təmas nəticəsində yoluxur. Xəstəliyin Yerevanda baş qaldıran dəri forması isə daha qorxulu və öldürücü hesab olunur.

S. Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti