Quba sakini həmyerlisini döyüb

Quba sakini həmyerlisini döyüb
  29 Oktyabr 2018    Oxunub:1167
Oktyabrın 25-də Bağbanlı kənd sakini sakini, 40 yaşlı Əfqan Əhmədovun qapalı kəllə beyin travması diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az-a verilən məlumata görə, Əfqan Əhmədov izahatında kənd ərazisində tanımadığı şəxs tərəfindən döyülərək xəsarət aldığını bildirib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Tofiq Əhmədov saxlanılaraq polis şöbəsinə gətirilib. Dindirilmə zamanı T.Əhmədov törətdiyi əməli etiraf edərək, həmkəndlisini döyərək ona xəsarət yetirdiyini bildirib. Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti