Azyaşlıya zor tətbiq edən şəxs saxlanıldı

Azyaşlıya zor tətbiq edən şəxs saxlanıldı
  28 Sentyabr 2018    Oxunub:1754
Paytaxtın Yasamal rayonu ərazisində azyaşlı uşağın mobil telefonunun əlindən alınması barədə DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub.
DİN-dən AzVision.az-a verilən məlumata görə, dərhal Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər.

Müəyyən edilib ki, naməlum şəxs Abşeron rayon sakini O.Kərimlinin Zərdabi küçəsində saxladığı “Mercedes” markalı avtomobilində olan azyaşlı oğluna zor tətbiq edərək mobil telefonunu alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Kamil Məmmədov olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti