Nazirlik 8 yaşlı Sübhanın problemi ilə maraqlandı

Nazirlik 8 yaşlı Sübhanın problemi ilə maraqlandı
  28 Sentyabr 2018    Oxunub:1652
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan 25 noyabr 2010-cu il təvəllüdlü sağlamlıq imkanları məhdud Sübhan Quliyevlə bağlı sosial şəbəkədə yayılmış məlumatda onun əlil arabası ilə təminatı məsələsi qaldırılıb.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat yayıb. Bildirilib ki, Sübhanın atası Qurban Quliyevlə əlaqə saxlanılıb.

"O, əlil arabası ilə təmin olunması üçün Protez-Ortopedik Bərpa Mərkəzində növbədədir. Təminatın həyata keçirilməsi üçün satınalma qanunvericiliyinə uyğun olaraq müvafiq işlər həyata keçirilib. Ona və növbədə duran digərlərinə arabaların verilməsinə gələn həftədən başlanacaq.

Məlumat üçün bildirim ki, Sübhan Quliyevin atası Qurban Quliyev I qrup, anası Gülcan Quliyev II qrup əlilliyi olan şəxs kimi müavinət alırlar. Bundan əlavə dörd nəfərlik ailənin gəlirləri ehtiyac meyarından az olduğuna görə ünvanlı dövlət sosial yardımı ilə təmin olunurlar".

AzVision.az


Teqlər: ƏƏSMN   Əlil  





Xəbər lenti