Hərbi zavodda baş verən yanğınla bağlı rəsmi məlumat

Hərbi zavodda baş verən yanğınla bağlı rəsmi məlumat
  28 Sentyabr 2018    Oxunub:2761
Sentyabrın 28-də saat 10:45 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Araz” zavodunun VIII sahəsinin ərazisində yerləşən konteynerdə elektrik kəsici alətlə təmir işləri aparılan zaman qığılcımdan yaranan alışma nəticəsində kiçik yanğın hadisəsi baş verib.
Müdafiə Sənayesi Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yanğın qısa müddətdə zavodun işçiləri tərəfindən daxili yanğınsöndürmə vasitələri ilə söndürülüb.

Hadisə zamanı zavodun iki əməkdaşı yüngül yanıq xəsarəti alıb. Xəsarət alanlar dərhal Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Hadisənin baş vermə səbəbi mütəxəssislər tərəfindən araşdırılır.

AzVision.az


Teqlər: MSN   Yanğın  





Xəbər lenti