Azərbaycanlı generaldan Paşinyana “ağıllı ol” mesajı

Azərbaycanlı generaldan Paşinyana “ağıllı ol” mesajı
  10 Sentyabr 2018    Oxunub:44410
Ermənistanda Nikol Paşinyanın iqtidarı ələ keçirməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi tamamilə dalana dirənib. Mətbuata açıqlamalarında Paşinyanın Qarabağ barədə səsləndirdiyi sərsəm fikirlər belə qənaətə gəlməyə imkan yaradır ki, Azərbaycan aprel döyüşlərinə bənzər əməliyyatlar keçirərək düşməni yerinə oturtmalıdır.
Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov AzVision.az-a açıqlamasında bildirib ki, gündəmdə daha kəskin formada hərbi əməliyyat keçirilməsi planı var:

“Hər an aprel döyüşlərindən daha geniş və dərin tapşırıqlarla əhatə olunan hərbi əməliyyat ola bilər. Bu, aprelin daha geniş formatda təkrarı olacaq və erməniləri yerində oturtmaq üçün kifayət edəcək”.



Y.Aydəmirov qeyd edib ki, gec olmadan Ermənistan tərəfi konstruktiv danışıqlara qayıtmalıdır: “Paşinyan ucuz siyasətlə məşğuldur. O, əvvəllər Rusiya ilə münasibətləri gərginləşdirmə yolunu tutmuşdu, amma dərhal yola gətirdilər. Heç kim şübhə etməsin ki, Paşinyan Qarabağ məsələsində də başa salınacaq və yola gətiriləcək. Bu, baş verməsə, Azərbaycan aprel döyüşlərinin geniş formatda təkrarı ilə onu ağıllandıracaq”.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Aydəmirov   Paşinyan   Qarabağ  





Xəbər lenti