Corabında siqaret keçirmək istədi, gömrükdə tutuldu - FOTOLAR

Corabında siqaret keçirmək istədi, gömrükdə tutuldu - FOTOLAR
  10 Sentyabr 2018    Oxunub:1714
Daxil olan əməliyyat məlumatı əsasında, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21070" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.
DGKdan AzVision.az-a verilən xəbərə görə, baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, avtomobilin salonunda olan gödəkçənin içərisindən və vətəndaşın üzərindən 2800 ədəd "Marlboro" markalı siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır.




AzVision.az


Teqlər: DGK   Siqaret  





Xəbər lenti