“TURAZ Şahini - 2018” birgə təlimləri davam edir – VİDEO

“TURAZ Şahini - 2018” birgə təlimləri davam edir – VİDEO
  10 Sentyabr 2018    Oxunub:2287
“TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyəti, döyüş uzlaşması imkanlarının öyrənilməsi, havadan zərbələr endirməklə şərti düşmənin yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilir.



AzVision.az


Teqlər: MN   Təlim  





Xəbər lenti