“Los Angeles Times” Bakının gözəlliyindən yazdı
A.Masiel ölkəmizdə müsəlmanlar, yəhudilər, ortodoks xristianları və katoliklər də daxil olmaqla, müxtəlif dinlərə mənsub insanların dinc və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edir. Bu səpkidə o, Azərbaycanın Los Ancelesdəki Baş konsulu Nəsimi Ağayevin sözlərini qeyd edir: “Tolerantlıq və ya dözümlülük insanın onu narahat edən nəyəsə dözümlü yanaşması mənasını verir. Azərbaycanın nümunəsində isə bu tolerantlıqdan da yüksək yanaşmadır. Azərbaycanda bu başqalarının inanclarına və adət-ənənələrinə hörməti özündə ehtiva edir. Bu isə ölkəmizdəki xalqların dinc birgə yaşayışını təmin edib”.
Sonda müəllif oxucularını Azərbaycana səfər edərək bu ölkəni özləri üçün “kəşf” etməyə dəvət edir.
Qeyd edək ki, 1 milyonluq tiraja malik “Hoy Los Angeles” qəzeti ABŞ-ın ən böyük və nüfuzlu ispandilli mətbu orqanıdır. Bütün ABŞ-da 55 milyon, Kaliforniyada 15 milyon, Los Ancelesdə isə 5 milyonadək ispandilli əhali mövcuddur və bu icmanın ABŞ-ın siyasi və iqtisadi həyatındakı nüfuzü günü-gündən artmaqdadır.
AzVision.az