Bakıda bina yanıb

Bakıda bina yanıb
  29 Avqust 2018    Oxunub:1738
Bakı şəhərinin Xətai rayonunda inzibati bina yanıb .
AzVision.az -ın məlumatına görə, ümumi sahəsi 250 m² olan inzibati binanın yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Yanğın zamanı binanın divarı yaxınlıqda yerləşən ümumi sahəsi 40 m² olan birmərtəbəli 3 otaqlı evin damının üzərinə düşüb və nəticədə evin 1 otağının damı və tavanı zədələnib.

Yaxınlıqdakı evlər və tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Yanğın  





Xəbər lenti