Gömrükdə 17 ədəd "İphone" X və kəsici alətlər aşkarlanıb - VİDEO

Gömrükdə 17 ədəd "İphone" X və kəsici alətlər aşkarlanıb - VİDEO
  20 Avqust 2018    Oxunub:2502
Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin "Xanoba" gömrük postunda sərhəd xidmətinin əməkdaşları ilə birgə Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, yoxlama zamanı, həmin nəqliyyat vasitəsindən 17 ədəd "İphone" X markalı mobil telefonlar, ümumi uzunluğu 23,8 sm olan bıçaq və qatlanan bıçaqlı 1 ədəd beşbarmaq aşkar olunub



Faktla bağlı araşdırma aparılır.





AzVision.az


Teqlər: Gömrük   DGK   Yoxlama  





Xəbər lenti