Xaçmazda iki maşın toqquşub, ölən var

Xaçmazda iki maşın toqquşub, ölən var
  28 İyul 2018    Oxunub:3959
Xaçmazda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunda "BMW" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1988-ci il təvəllüdlü Balayev Vadim Nurbala oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.


AzVision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti