Qanunsuz ağac kəsənlər şikayət olunub

Qanunsuz ağac kəsənlər şikayət olunub
  27 İyul 2018    Oxunub:3823
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, 20 yanvar küçəsi 22 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı köküstə yaş müxtəlif cinsli 3 ədəd ağacın kəsildiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib.

Qanun pozucusunun müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbir görülməsi məqsədi ilə Bakı Şəhər Polis İdarəsinə məktubla müraciət olunub.

Sözügedən əraziyə yeni ağacların əkilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

AzVision.az


Teqlər: ETSN   ağac  





Xəbər lenti