AZAL sərnişinlərin bilet probleminə aydınlıq gətirib

AZAL sərnişinlərin bilet probleminə aydınlıq gətirib
  25 İyul 2018    Oxunub:4338
Son günlər sosial şəbəkələrdə "Azərbaycan Hava Yolları" QSC-nin online bilet satışından istifadə edən sərnişinlər problemlə üzləşdiklərini qeyd edir və narazılıqlarını bildirirlər. Belə ki, online bilet alınanda istifadə edilən kartın sahibi həmin uçuşda iştirak etməlidir və kartı yoxlanış üçün hava limanında təqdim etməlidir. Əks halda uçuş ləğv edilir
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski AzVision.aza açıqlamasında bildirib ki, bu sistem təkcə bizdə deyil, beynəlxalq prinsipdir.

“Bu, təkcə bizim aviaşirkətdə deyil, bütün dünya aviaşirkətlərin qaydasıdır. Çünki kart kiminsə tərəfindən oğurlana bilər və bilet alınıb satıla bilər. Onun qarşısını almaq üçün belə şərtlər qoyulub. Yəni kimsə öz kartı ilə bileti alırsa, kart yanında olur və göstərir. Burada problemli məsələ yoxdur. Bundan əlavə, bilet alınan zaman şəxsə xəbərdarlıq edilir ki, kartın sahibi olmalıdır, yəni uçuşda olacaq. Bir sözlə, insan hava limanına gələndə belə söz deyiləndə bu, onun üçün artıq surpriz olmamalıdır”.

Aytən Zəhra
AzVision.az


Teqlər: AZAL  





Xəbər lenti