Ölkədə 80 minə yaxın kənd təsərrüfatı texnikası var

Ölkədə 80 minə yaxın kənd təsərrüfatı texnikası var
  25 İyul 2018    Oxunub:6844
Bu gün Azərbaycanda 80 min civarında kənd təsərrüfatı texnikası var. Bu, ümumi texnikaların 5-10 faizi deməkdir.
AzVision.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbirdə deyib .

Onun sözlərinə görə, mexanizator işçilərin hazırlanması işinə xüsusi diqqət edilməlidir: “Bu gün baş verən yol-nəqliyyat hadisələrinin bir çoxu kənd təsərrüfatı texnikalarının iştirakı ilə olur və içərisində olan şəxslər, işçilər zədə alır. Texnikanı qorumaq üçün bu insanların biliyi olmalıdır. Aqrar texnikanın çatışmazlığı hiss olunur. Texnikanın dövlət qeydiyyatı, onun texniki baxışdan keçməsi ilə aqrar sektorda texnika çatışmazlığı və ya onları idarə edənlərin sayının az olması ucbatından ləngimələr olur və bunun qarşısı alınmalıdır”.

Ekspert qeyd edib ki, digər məsələ kənd təsərrüfatı məhsulların istehlakçılara çatdırılması zamanı yük daşımaları ilə bağlı bəzi qaydaların pozulmasıdır: “Məsələn, otla yüklənmiş maşın kommunikasiyaları dağıdır və ya külək vurub onları aşırdır. Bu istiqamətdə də iş görülməlidir”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Ərşad-Hüseynov   Texnika  





Xəbər lenti