Xaricdən Azərbaycana terror çağırışı edənlər axtarışa verildi

Xaricdən Azərbaycana terror çağırışı edənlər axtarışa verildi
  13 İyul 2018    Oxunub:25476
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanılıb, 3 şəxs həbs edilib.
Hüquq mühafizə orqanlarından AzVision.az-a daxil olmuş məlumata görə, digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib.

Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barədə inzibati həbs tədbiri seçilib.

AzVision.az


Teqlər: Terror   Çağırış  





Xəbər lenti