Masallıda yük maşını "Mercedes"lə toqquşub

Masallıda yük maşını "Mercedes"lə toqquşub
  06 İyul 2018    Oxunub:4583
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ələt-Astara yolunun Masallı rayonu, Təzəkənd kəndi ərazisindən keçən hissəsində "Ford" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü və 4 nəfər sərnişini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

AzVision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti