Bakı-Qazax yolunda qəza - Ölən var

Bakı-Qazax yolunda qəza - Ölən var
  05 İyul 2018    Oxunub:4510
Bakı-Qazax şosesinin Gəncə şəhəri ərazisindən keçən hissəsində “VAZ” və “Suzuki” markalı iki minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzin müvafiq xilasetmə qüvvələri “Suzuki” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişinin cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti