Şəmkirdə bir nəfər Kür çayında batıb

Şəmkirdə bir nəfər Kür çayında batıb
  05 İyul 2018    Oxunub:3528
Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

AzVision.az


Teqlər: FHN   Şəmkir   Kür   Çay  





Xəbər lenti