Musa Yaqub danışmaqda çətinlik çəkir

Musa Yaqub danışmaqda çətinlik çəkir
  05 İyul 2018    Oxunub:5355
“Babam hazırda kənddədir. Havaların isti keçməsi və xəstəliyi onu daha da halsız edir”.
Bunu AzVision.az-ın əməkdaşı ilə söhbətində xəstə yatağında olan tanınmış şair Musa Yaqubun nəvəsi Rüfət Yaqub deyib. O bildirib ki, babası uzun müddətdir xəstəliklə mübarizə aparır.

"Əvəllər daha çox halsız olurdu. İndi nisbətən yaxşılaşıb. Amma vəziyyəti tam yaxşı deyil. Kəndin havası ona yaxşı təsir göstərir deyə, bura gətirmişik"

Qeyd edək ki, xəstəliyə düçar olan Musa Yaqub danışmaqda və gəzməkdə çətinlik çəkir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Musa-Yaqub   Şair  





Xəbər lenti