Ərdoğanla Baxçalı arasında 40 dəqiqəlik görüş

Ərdoğanla Baxçalı arasında 40 dəqiqəlik görüş
  27 İyun 2018    Oxunub:1539
Türkiyə prezidenti, 24 iyun seçkilərində növbəti dəfə qələbə qazanan Rəcəb Tayyip Ərdoğanın Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşü başa çatıb.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ötən gün İstanbulda Türkiyənin prezident üsul-idarəsinə keçidi ilə bağlı Ərdoğanın təşkil etdiyi hökumət toplantısından sonra keçirilən bu görüşdə baş nazir Binəli Yıldırım, həmçinin, Baxçalının müavinləri Semih Yalçın, Celal Adan və Mustafa Kalaycı iştirak ediblər.

Ərdoğanın MHP sədri ilə apardığı 40 dəqiqəlik danışıqlarda hansı məsələlərin müzakirə edildiyi açıqlanmır. Belə ki, görüş ictimaiyyətə qapalı keçirilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   MHP  





Xəbər lenti