Xızı sakinindən silah-sursat götürülüb

Xızı sakinindən silah-sursat götürülüb
  24 İyun 2018    Oxunub:1115
Xızı sakinindən silah-sursat və narkotik götürülüb.
AzVision.az DİN-ə istinadən xəbər verir ki, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Giləzi qəsəbə sakini Ramin Rəhimovun evindən ov tüfəngi, 10 ədəd patron, 1 ədəd süngü-bıçaq, 1 ədəd xəncər, həmçinin narkotik vasitə olan heroin və marixuana aşkar edilərək götürülüb.

Maddi sübutlar ekspertizaya təqdim olunub. Faktla bağlı RPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti