Narkotik alverçisi “iş” başında tutuldu

Narkotik alverçisi “iş” başında tutuldu
  20 İyun 2018    Oxunub:1421
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, satışı və kultuvasiyası ilə mübarizə tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az-a verilən xəbərə görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dağlı kənd sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Elxan Yusifov saxlanılıb.

Belə ki , o, 1 kiloqram 815 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən elə iş başında yaxalanıb. Faktla bağlı RPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   narkotik  





Xəbər lenti