Jurnalistlər üçün seminar keçiriləcək

Jurnalistlər üçün seminar keçiriləcək
  13 İyun 2018    Oxunub:1622
22 iyun tarixində “Femida.az” hüquq yüklü xəbər potalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Milli Hüquq Evi nin birgə seminarı baş tutacaq.
Seminar junralistlər üçün nəzərdə tutulub. Seminarda iştirak etmək ödənişsizdir.
Proqram

10:00-10:45 - İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşı.

Mövzu: İnsan alverinə qarşı mübarizədə qanunvericilik bazası və insan alverinə qarşı mübarizə istiqamətləri

10:45-11:00 – Kofe-breyk
11:00-11:45 – Təlimçi - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov.

Mövzu: Məcburi Əmək, Qanunsuz Miqrasiyanın törədə biləcəyi istismar.

11:45-12:00 – Kofe-breyk
12:00-12:45 – Təlimçi vəkil Ruslan Vəliyev.

Mövzu: İnsan Alveri qurbanlarının mediada konfidensiallığının (anonimliyinin) qorunması.

İştirakçıların qeydiyyat üçün 9:45-də Milli Hüquq Evində olmaları vacibdir.

Ünvan: Fətəli Xan Xoyski prospekti 214D (keçmiş140A)
Nərimanov Metrosunun yaxınlığı.

Xahiş edirik, iştirakınızı əvvəlcədən e-mail ([email protected]) və ya telefon (050-884-39-74) vasitəsilə təsdiq edin.

AzVision.az


Teqlər: Seminar  





Xəbər lenti