Düşənbədə beynəlxalq konfrans keçiriləcək

Düşənbədə beynəlxalq konfrans keçiriləcək
  30 May 2018    Oxunub:1343
Tacikistanın paytaxtı Düşənbədə 20-22 iyun 2018-ci il tarixində "Davamlı İnkişaf üçün su" 2018-2028 mövzusunda beynəlxalq konfrans keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev bildirib.

Səfirin sözlərinə görə, beynəlxalq konfransda ölkə və hökümət başçıları, xarici işlər nazirləri daxil olmaqla dünyanın 100 ölkəsindən 1000-ə yaxın qonaq iştirak edəcək: "Konfransın məqsədi davamlı inkişaf məqsədləri üçün su ilə bağlı dialoq və tədbirlərin inkişaf etdirilməsidir. Konfrans zamanı 2018-2028-ci illərdə qlobal, regional, ölkələr səviyyəsində görüləcək tədbirlər müzakirə ediləcək".

Səfir qeyd edib ki, Düşənbədə keçiriləcək tədbirdə Azərbaycandan nümayəndə iştirak edəcək.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Tacikistan   Düşənbə   Konfrans  





Xəbər lenti