Masallıda ailə faciəsi: Ər-arvad yanaraq öldü

Masallıda ailə faciəsi: Ər-arvad yanaraq öldü
  08 May 2018    Oxunub:1633
Masallı rayonunda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 (hər mərtəbəsi 90 m2) olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış cəsədləri aşkar olunub. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və 3 nəfər xilas edilib.

AzVision.az


Teqlər: FHN   Masallı   Yanğın  





Xəbər lenti