Xudatda məktəb yanıb

Xudatda məktəb yanıb
  08 May 2018    Oxunub:1242
Xudat şəhərində yerləşən məktəblərin birində yanğın hadisəsi qeydə alınıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 450 kv.m olan ikimərtəbəli, taxta konstruksiyalardan ibarət məktəb binasının dam örtüyü 400 kv.m, yanar konstruksiyaları 174 kv.m sahədə və taxtadan ibarət pilləkən qəfəsi yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

AzVision.az


Teqlər: FHN   Yanğın   Məktəb  





Xəbər lenti