Paytaxtda yaşayış binasında yanğın olub

Paytaxtda yaşayış binasında yanğın olub
  08 May 2018    Oxunub:1084
Bakıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Suraxanı rayonunda çoxmərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 46 m2 olan 3 otaqlı mənzilin 1 otağında divan yanıb, yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 5 m2 sahədə və məişət texnikaları əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti