Köməksiz qalan 2 azyaşlı xilas edilib

Köməksiz qalan 2 azyaşlı xilas edilib
  08 May 2018    Oxunub:960
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki. hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az



Teqlər: FHN  





Xəbər lenti