Evində halsız vəziyyətdə tapıldı

Evində halsız vəziyyətdə tapıldı
  06 May 2018    Oxunub:1096
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb. Vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti