58 yaşlı qadın özünü hamamda asıb

58 yaşlı qadın özünü hamamda asıb
  06 May 2018    Oxunub:1485
Şəkidə 58 yaşlı qadın intihar edib.
Hadisə mayın 5-i axşam saat 22:30 radələrində rayonun Böyük Dəhnə kəndində baş verib.

Kənd sakini 1960-cı il təvəllüdlü Gülbəniz Hilal qızı Abdullayevanın meyiti yaşadığı ünvanda hamamda asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Araşdırma zamanı 58 yaşlı Gülbəniz Abdullayevanın hələki istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. (APA)

AzVision.az


Teqlər: Şəki   İntihar  





Xəbər lenti