Şamaxı sakini qəza törədib, nəvəsi ölüb

Şamaxı sakini qəza törədib, nəvəsi ölüb
  01 May 2018    Oxunub:1024
Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 30-da saat 15 radələrində Abşeron rayonunun Cəngi qəsəbəsində Şamaxı şəhər sakini Mirələm Heydərov idarə etdiyi “Mercedes” markalı avtomobili beton yol ayrıcısına vurub.

Nəticədə M.Heydərovun sərnişini, Bakı şəhər sakini olan nəvəsi - 11 yaşlı Əli Bəbirov xəstəxanaya aparılarkən yolda ölüb, özü isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti