Xınalığa 48 santimetr qar yağıb - FOTOLAR

Xınalığa 48 santimetr qar yağıb - FOTOLAR
  15 Aprel 2018    Oxunub:2745
Aprelin 14-də axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonları ərazisinə güclü qar yağıb.

Dağlıq yaşayış məntəqələrində qarın hündürlüyü 48 santimetrə çatır. Qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi 1-6 dərəcəyədək aşağı düşüb.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən AzərTAc-a bildiriblər ki, şimal bölgəsində ən çox yağıntı rayonun Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 48 santimetrdir. Qubanın Qırız kəndi ərazisində qarın hündürlüyü 28, Xaltanda 12, Qusarın Ləzə kəndində 20, Xızının Altıağac qəsəbəsində isə 16 santimetr olub.









AzVision.az


Teqlər: Quba   Xınalıq   Qar  





Xəbər lenti